Dağ Yəhudilərinin qısa tarixi
Azərbaycanda yaşayan ən böyük və ən qədim
yəhudi qrup Dağ yəhudiləridir. Dağ yəhudilərinin mənşəyinin onların nə
zamandan bu torpaqlarda yaşaması haqqında tam fikir yoxdur. Müasir dövrdə dağ
yəhudilərinin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər dağ
yəhudilərinin VII əsrdə yaranmış və Azərbaycan torpaqlarınıda əhatə edən xəzərlərin əcacdları olduğunu deyirlər. Məlum
olduğu kimi Xəzərlər yəhudi dinini qəbul etmiş türk tayfaları idilər. Lakin
müasir alimlər bu fikrə qarşı çıxaraq dağ yəhudilərinin erazmızdan əvvəl Assur
və Babil işğalı zamanı əsir götürülmüş yəhudilər olduğunu qeyd edirlər. Yəhudi
dini kitablardında göstərilir ki, Samirə şəhərinin Assurlar tərəfində işğal
olunması nəticəsində burda olan yəhudilər Assuriyanın Kalaxa ərazisində,
Haburə, Qozan çayı sahillərində və Midiya dağlarında indiki Cənubi Azərbaycan
ərazisində yerləşdirilir.
Əksər taixçilərin fikrinə görə, dağ yəhudilərinin əcdadları bura 15 əsr
bundan əvvəl gəmişlərdir. V əsrin sonları VI əsrin əvvəllərində İranda
məzdəkilər hərəkatının yatırılmasından sonra onlara dəstək verən İran
yəhudiləri imperiyadan kənarlaşdırılaraq Şimali Azərbaycan və Cənubi Dağıstan
ərazisində yerləşdirilir. Yəhudilərin həmin əcdadları fars dilinin cənub-qərbi
ləhcəsində danışırdılar ki, bu da dağ yəhudilərinin dili ilə demək olar ki,
eynidir. Bu fikir ibri dilinin araşdırıcısı Mixail Aqarunov tərəfindən də
təsdiqlənib. Əvvəllər ibri və aramey dillərində danışan İudey sakinləri
eramızdan əvvəl VI əsrin sonlarında öz torpaqlarından qovularaq
«İkiçayarası»nda (Mesopotamiya) yaşamağa başlayıblar. Müasir İran və İraq
ərazisində məskunlaşdıqları dövr ərzində onlar fars dilini mənimsəməklə yanaşı,
öz tarixi dillərinin bəzi fonetik və leksik qanunlarını da qoruyub saxlayıblar.
Bu da öz növbəsində dağ yəhudələrinin dilinin mənbəyinin ibri və ya aramey dili
olduğunu sübuta yetirir. Maraqlıdır ki, dağ yəhudiləri başqaları başa düşməsin
deyə, öz aralarında hərdən «zuhun imromi» adlanan sirrli dildən də istifadə
edirlər ki, həmin dil daha çox arameyə bənzəyir. Bütün bunlardan belə nəticəyə
gəlmək olar ki, dağ yəhudilərinin əcdadları eramızdan əvvəl VI əsrdə İudey ərazisində
yaşamış, sonradan Mesopotomiya ərazisində yerləşdirilmiş insanlar olublar.
Eramızın VI əsrinin əvvəllərində isə onlar şimali Azərbaycan və Dağıstan
ərazilərinə köçürülüblər.
Bundan başka 1254-cü ildə flamand səyahətcisi B. Rubrukvis (Rubruk) Şərqi
Qafqazın hər yerində həm Dağıstanda həm də Azərbaycanda çox sayda yəhudi
olduğunu qeyd edir. Həmçinin İnqa Saffron "The Philadelphia İnquirer"
qəzetində "Qubanın dağ yəhudiləri" adlı yazısında dağ yəhudilərinin
haradan gəldiyinə dair irəli sürülən bütün iddiaların ancaq fərziyyə olduğunu
qeyd edir. Onun sözlərinə görə, bir çox dağ yəhudisi özlərini İsrailin itgin
düşmüş tayfalarının övladları olduqlarını bildirir və Miladdan əvvəl 722-ci
ildə Yerusəlimdə Beyt-ül-Müqəddəs (Süleyman məbədi) ilk dəfə dağıdılan zaman
didərgin düşdüklərini, köç edə-edə nəhayət Şərqi Qafqazda məskunlaşdığını iddia
edirlər.
Bəzən dağ yəhudilərinə
Qafqaz yəhudiləri deyilir ama bu yalnış fikirdir çünkü bu termin Qafqaz
dağlarında yaşayan yəhudiləri əhatə etmir. Gürcüstan yəhudiləri daha çox tacir
idilər. Dağ yəhudiləri isə kəndlərdə yaşayırdılar və sənətkarlıqla və kənd
təsərrüfatı ilə məşğul olurdular. Dağ yəhudiləri özlərinə Cuhuri adlandırırlar
və tatca danışırlar. Onların tatca danışmağına səbəb tarixi qaynaqlarında
göstərdiyi kimi fars dilli tatlarla yaxından təmas qurmasıdır. Qəbul edilən
fikirlərdən biridə Mesapotamiyadan və İrandan gələn yəhudilərin tatların sıx
yaşadığı yerlərdə məskunlaşması və onların dilini mənimsəməsidir.
Qafqazda və xüsusi
ilə Dərbəndə böyük yəhudi məskulaşmaları olmuşdur. Hətda Dərbənd yaxınılğında
bir vadinin adi "Yəhudi Vadisi” deyə adlandırılmışdır. Buranın mərkəzi isə
XVIII əsrin sonlarında lakların hücumları ilə dağıdılan "Aba-Savaydı”
1797-ci ildə Surxay xanın başcılığı ilə hücum təşkil olundu. Bu hücüm zamanı
şəhər tamimiylə dağıdılmış kişilər qılıncdan keçirilmiş kadınlar və uşaqlar isə
kölə halına salınmışdır. Buradan qaçan yəhudilərin əksəriyyəti Qubaya
yerləşirlər. Həmçinin 1730-cu ildə Nadir şahın hücumlarınada məruz qalan dağ
yəhudilərinin bir qismi zorla din dəyişdirdi, bir qismi isə Quba xanı olan
Hüseyin xanın himayəsi altına keçdi. Dağ yəhudi sözü ilk dəfə Qafqazı istila
edən ruslar tərəfindən istifadə edilmişdir. Ruslar Cənubi Qafqaza gələn zaman
at bellində qılınc oynadan yəhudiləri görəndə çox təəcüblənmiş və onlara
"Dağ yəhudiləri” adını vermişdi. Rusların Qafqazı işğal etməsi ilə digər
xalqlar kimi dağ yəhudilərinində həyatını dəyşmişdir. 1830-cu ildə 1859-cu ilə
qədər Ruslara qarşı Seyx Şamil öndərliyində üsyan baş vermişdir. Bu üsyan
nəticəsində xeyli yəhudi zorla müsəlman olmuş bir o qədərdə yəhudi qılıncdan
keçirilmişdir. 1918-ci ildə Aərbaycanda Şərqin ilk demokratik Cumhuriyyətinin
qurulması yəhudilərində talehini dəyişdirir. Cumhuriyyətin səhiyyə naziri
aşkenaz yəhudisi Yevsei Gindes olur. Bundan başka 1919-cu ildə Bakıda Yəhudi
Xalq Unversiteti qurulur. Lakin Cumhuriyyətin Sovetlər tərəfində işğali ilə
bütün fəaliyyətlər qadağan olunur. Stalin zamanında bu daha da artır. Yəhudi -tat
dilində tədris və nəşriyyat fəaliiyəti dayandırılır və dağ yəhudilərinin
məktəbləri rus dilli məktəblərə çevrilir. Və o zamanlar dağ yəhdilərinə qarşı
bu cür təzyiqlər səbəbindən onlar özlərini yəhudi kimi yox tat olaraq göstərirdilər.
Bu da dağ yəhudilərinin sayının azalmasına və tatların sayının isə çoxalmasına
səbə oldu. Cünkü xeyli sayda yəhudisi özünü tat kimi göstərirdi. SSRİ zamanı
Azərbaycanda dağ yəhudiləri Bakı, Qubada Qırmızı qəsəbə, Oguz Şamaxı,İsmayıllı
və Gəncədə məskən salmışdılar. Rusiyada
isə dağ yəhudiləri Dərbənddə Qroznidə məskunlaşmışdılar. 1987-ci ildən xeyli
sayda dağ yəhudisi İsrailə və Amerikaya köç etmişdir. 1991-ci ildə Azərbaycan
müstəqillik əldə edildikdən sonra dağ yəhudilərinə də öz haqqları verilmişdir.
Sovetlər zamanında bağlanan sinaqoqlar yenidən fəaliyyətə keçmişdir. Bu gün
Azərbaycan Yəhudi icmasının böyük hissəsinin dağ yəhudiləri təşkil edir. Qubada
"Qırmızı Qəsəbə”Avropa da dağ yəhudilərinin kompakt yaşadığı yeganə
məkandır. Bu gün Azərbaycanda dağ yəhudiləri Bakıda Qubada Oğuzda kompakt
şəkildə yaşayırlar. Hər üç şəhərdə də sinaqoq fəaliyyət göstərir.2011-ci ildə Cənab
prezidentimiz İlham Əliyevin göstərişi ilə Bakıda Dağ yəhudiləri üçün yeni sinaqoq istifadəyə
verildi. Həmçinin Sumqayıtda Gəncədə və
Göyçayda da az sayıda dağ yəhudisi var. Bu gün dağ yəhudiləri azərbaycanda sülh
içində yaşayırlar. Azərbaycanın Milli Qəhramanlarından biri olan Qarabağ
müharibəsində qəhramancasına şəhid düşmüş Albert Aqarunov dağ yəhudisi idi. Bu
gün Azərbaycan milli məclisində Quba şəhərinin millət vəkili dağ yəhudisi olan
Yevda Abramovdur. Bu gün Azərbaycan Dağ yəhudiləri arasından həkim müəllim
siyasətçi hüquqşünas və müxtəlif peşə sahibləri çıxırlar və onlar yaşadıqları
ölkəyə və dövlətə xidmət edirlər. Bu gün təxminən Azərbaycanda 15 mindən artıq
dağ yəhudisi var. Bu gün dağ yəhudilərinin böyük əksəriyyəti İsraildə
yaşayırlar. Həmçinin bundan başqa Dağ yəhudiləri Rusiya, Avropa və Amerikada məskunlaşıblar.
Murad Salmanov Azərbaycan Dağ
Yəhudiləri Dini İcmasnın Mətbuat Xidmətinin Katibi